“Bələdiyyə sədrlərinin bəzən məsuliyyətsiz addımları ümumi sistemin fəaliyyətinə xələl gətirir”-bu fikirləri ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə “Bələdiyyə həyatı” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bələdiyyə sədrləri özlərini əlahiddə şəxs kimi hesab etməməli, bütün qərarları kollegial şəkildə qəbul etməlidirlər: “Bələdiyyələrlə iş mərkəzinin apardığı kompleks maarfiləndirmə işləri nəticəsində ilkin fəaliyyətləri dövründə rast gəlinən çoxsaylı bələdiyyə sədrlərinin təkbaşına qərarvermə halları xeyli azalsa da, təəssüf ki, son zamanlar az da olsa belə qərar verən sədrlərə yenə də rast gəlmək olur”
Mehdi Səlimzadənin sözlərinə görə, bələdiyyə üzvləriylə hesablaşmadan və iştirakı olmadan qəbul onunan qərarların heç bir hüquqi qüvvəsi yoxdur: “Bələdiyyə iclasının qərarları hər zaman üzvlərin iştirakıyla səsverməyə çıxarılmalı və bütün müzakirə edilən məsələlər protokolda öz əksini tapmalıdır. Kifayət qədər maarifləndirmə işləri aparılsa da, bəzən praktikada yenədə belə xoşagəlməz hallara rast gəlinir. Elə hallar olur ki, sədr torpağı satır, lakin qərarı olmur. Alqı-satqı bələdiyyə iclasına müzakirəyə çıxarılmadığından protokola salınmır. Bu da öz növbəsində üzvlərin haqlı narazılığına səbəb olur. Sədrlər atdıqları hər bir addıma məsuliyyət hissiylə yanaşmalı və qəbul etdikləri qərarları qanunun tələblərinə uyğunlaşdırlmalıdırlar.”
Mərkəz rəisi sonda belə hallara bundan sonra da qanun çərçivəsində qiymət veriləcyini qeyd etdi.